Haqqimizda

ŞİRKƏT HAQQINDA MƏLUMAT 

2002-ci ildə təsis edilmiş «Azintellektservis» şirkəti – əmlakın qiymətləndirilməsi, investisiya layihələrin və biznes planların işlənib-hazırlanması, idarəetmə sistemin diaqnostikası və təşkil olunması üzrə biznes məsələləri ilə bağlı öz müştərilərinə geniş surətdə konsultativ xidmət göstərən və daim inkişafda olan təcrübəli konsaltinq təşkilatdır.  

Yaradıldığı gündən başlayaraq şirkətin mütəxəssisləri tərəfindən Bakıda və Azərbaycanın bütün bölgələrində böyük həcmdə layihələri müvəffəqiyyiətlə həyata keçirilmişdir. Bizim tərəfmizdən yerinə yetirilən işlər və eyni zamanda əməkdaşlıq etdiyimiz muştərilərimiz geniş və müxtəlif spektrlidir. Belə ki, bunların arasında dövlət, bələdiyyə müəssisələri, investisiya şirkətləri, banklar, emal və sənaye müəssisələri, telekommunikasiya və ticarət şirkətləri ilə yanaşı qeyri kommersiya təşkilatları, fondlar və fiziki şəxslər ilə qiymətləndirmə xidmətimizin göstərdiyimiz müxtəlif sahələri üzrə əməkdaşlığımızı qeyd etmək olar.  

«Azintellektservis» şirkətinin iş prinsipi keyfiyyət təminatının səmərəlilyi sistemi, yüksək standartlara uyğun xidmət, müştərinin tələbatına operativ olaraq munasibət bildirmək kimi amillərə söykənir. Biz maksimum olaraq səy göstəririk ki, müşətərilər bizi peşəkar, etabarlı biznes-partnyor hesab etsinlər.             

Bu gün Azərbaycanda qiymətləndirmə fəaliyyəti bazar infrastrukturunun müstəqil bir qolluna çevrilmişdir, bu cür məsuliyyətli işin, yəni əmlakın qiymətləndirilməsi işinin aparılıması üçün bu sahə üzrə mütəxəssisin çağırılması ilə bağlı çətin ki, kimsə ciddi surətdə iddia qaldırsın.

Məhz bu cür mütəxəssislər bizim şirkətdə çalışır, belə ki, əmlakın qiymətləndirilməsi uzun illər boyu şirkətin əsas fəaliyyət istiqamətlərdən biri olaraq qalır və bir çox mütəxəssislər də 1996-cı ildən başlayaraq bu sahədə böyük təcrübə toplamışlar.   

 Azintellektservis Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edildi

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na əsasən müvəkkil kredit təşkilatlarının ipoteka predmeti olan əmlaklarının qiymətləndirilməsinin yalnız müvəkil qiymətləndiricilər tərəfindən həyata keçirilməsini təmin etməlidilər. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən, qiymətləndirmə sahəsində hüquqi şəxs olaraq fəaliyyət göstərən yalnız 7 şirkət “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkil qiymətləndiricilər siyahısına daxil edilmişdir ki, onlardan da biri “Azintellektservis” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Azintellektservis” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 dekabr 2016-cı il tarixindən təkrar olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edilmişdir.

Qiymətləndirməni həyata keçirən icraçılar haqqında məlumat:

Qiymətləndirməni həyata keçirən

«AzİntellektServis» Konsaltinq Şikəti

Hüquqi ünvanı

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti, ev 29, mənzil 71

Fəaliyyət ünvanı

Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 215

VÖEN

1300452871

Baş direktor

Samiqulin Ənvər Naileviç

Əlaqə telefonları

+994 (12) 493 – 78 – 57;

+994 (50) 200 – 97 – 47;

Lisenziya

Seriya AB № 029046, Qeydiyyat nömrəsi SFL 3/1068,  20.08.2002-ci il

İcraçılar:

«AzİntellektServis» Konsaltinq Şirkətinin Əmlakın qiymətləndirilməsi və uçotu departamenti

Samiqulin Ənvər Naileviç

baş direktor, baş ekspert, ali təhsillidir, 30 il qiymətləndirmə fəaliyyəti ilə məşğul olur, yerli və beynəlxalq qiymətləndirmə sertifikatlarına malikdir, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin idarə heyətin üzvüdür, “Azintellektservis” MMC-nin baş direktorudur

 

Həşimov Nail Alik oğlu

icraçı direktor, biznesin qiymətləndirilməsi üzrə ekspert, ali təhsillidir, 15 il qiymətləndirmə fəaliyyəti ilə məşğul olur, yerli qiymətləndirmə sertifikatlarına malikdir

 

Bağıyev Aslan Elxan oğlu

daşınar və daşınmaz əmlak ekspert, orta ixtisas təhsillidir, 10 il qiymətləndirmə fəaliyyəti ilə məşğul olur, yerli qiymətləndirmə sertifikatlarına malikdir

 

Kazımov Emil Maqsud oğlu

daşınar və daşınmaz əmlak ekspert, ali təhsillidir, 5 il qiymətləndirmə fəaliyyəti ilə məşğul olur, yerli qiymətləndirmə sertifikatlarına malikdir

Şirkətin korrupsiya ilə mübarizə siyasəti:

Korrupsiya ilə mübarizə siyasəti – korrupsiya fəaliyyəti ilə mübarizə və tətbiq edilən korrupsiyaya qarşı qanunvericilik normalarının yerinə yetirilməsi baxımından “Azintellektservis” MMC-nin başlıca prinsipdir. Bu Siyasət “Azintellektservis” MMC tərəfindən korrupsiya ilə mübarizə və onun korrupsiyaya qarşı mədəniyyət səviyyəsinin artırılması, işgüzar nüfuzun dəstəklənməsi və fəaliyyətin açıqlığının təmin edilməsi məqsədilə işgüzar fəaliyyətin yüksək etik standartlarına sadiqliyini əks etdirir, eləcə də “Azintellektservis” MMC-nin fəaliyyətində korrupsiya risklərinin köklü sürətdə aradan qaldırılmasına təsir göstərir. 

«Azintellektservis» şirkətinin qiymətləndirmə üzrə kompleks xidmət fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Biznes və aksiyaların qiymətləndirilməsi
  • İstehsalat üzrə daşnmaz əmlakın qiymətləndirilməsi
  • Kommersiya üzrə daşınmaz əmlakın qiymətləndirilməsi
  • Yaşayış üzrə daşınmaz əmlakın qiymətləndirilməsi
  • İstənilən növ avadanlıq və qurğuların qiymətləndirilməsi
  • Avtomobil və digər xüsusi texnikaların qiymətləndirilməsi
  • Buruq və digər qazma qurğularının qiymətləndirilməsi
  • Torpaq sahələrinin qiymətləndirilməsi
  • Anbar və terminalların qiymətləndirilməsi
  • İdman obyektlərinin, istirahət mərkəzlərinin, evlərin, bazaların  qiymətləndirilməsi
  • Girovun dəyərinin ədalətli olaraq qiymətləndirilməsi
  • Smeta hesabatlarının həm baza və cari qiymətlərlə tərtib olunması

Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi

Əmlakın qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətində ən populyar istiqamətdir, bu qiymətləndirmə növü korporativ və dövlət idarəetməsinin bütün sahələrındə, habelə şəxsi həyatda tətbiq olunur.

 Qiymətləndirmənin əsas məqsədləri aşağıdakılardır:

  • alqı-satqı əqdinin həyata keçirilməsi;
  • əmlakın müəssisənin balansına qoyulması;
  • müəssisədən vergi tutulmasının optimallaşdırıılması, əsas fondların yenidən qiymətləndirilməsi;
  • kredit alınarkən əmlakın girov qoyulması;
  • daşınmaz əmlakın kadastr qiymətləndirməsinin mübahisələndirilməsi;
  • investisiya şərtləri ilə əqdin həyata keçirilməsi;
  • əmlak sahibinin idarəetmə və investisiya qərarlarını qəbul etməsi;
  • energetika sahəsində investisiya kapitalının bazasının müəyyənləşdirilməsi;
  • əmlaka sahib müəssisənin birləşməsi, yaxud “udulması”;
  • əmlakın sığortası;
  • əmlaka görə icarə haqqının müəyyən edilməsi;
  • əmlak mübahisələrinin həlli;
  • vərəsəlik məsələlərinin tənzimlənməsi;
  • boşanma proseslərində əmlak bölgüsü məsələlərinin tənzimlənməsi;
  • əmlakın mülkiyyətçisinin, yaxud icarədarının hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin məbləğinin müəyyənləşdirilməsi;
  • əmlakın müsadirə olunması.