Xidmətlər

Azintellektservis şirkəti istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, müəssisələrin, digər mülkiyyət növlərinin və sığorta hadisələri nəticəsində dəymiş zərərin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa və digər qanunvericilik aktlarına əsaslanaraq, beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi üzrə xidmətlərini təklif edir. Peşəkar mütəxəssislər, təcrübəli ekspert-qiymətləndiricilər tərəfindən operativ olaraq yüksək səviyyədə göstərilən qiymətləndirmə xidmətləri hüquqi və fiziki şəxslərin müraciətləri əsasında rəsmi qaydada həyata keçirilir.

Dəyərin qiymətləndirməsi seçilmiş qiymət standartlarına uyğun olaraq, qiymətləndirmə predmetinin müəyyən vaxtda dəyərinin müəyyənləşdirilməsi deməkdir. Bir qayda olaraq, əmlak qiymətləndirməsini 4 böyük qruplara bölürlər:

  • Müəssisənin dəyərinin qiymətləndirməsi (biznesin);
  • Daşınmaz əmlakın qiymətləndirməsi;
  • Avadanlıqın qiymətləndirməsi (o cümlədən maşın və nəqliyyat vasitələrinin);
  • Qeyri-maddi aktivlərin və əqli mülkiyyətin qiymətləndirməsi.

Azintellektservis şirkəti aşağıdakı qiymətləndirmə predmetlərinin rəsmi dəyərinin müəyyən olunması üzrə xidmətlərini təklif edir:

  • Mənzillər
  • Torpaq sahələri
  • Fərdi yaşayış evləri
  • Qeyri-yaşayış obyektlərinin və çoxmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsi
  • Qeyri-yaşayış sahələri
  • Kənd təsərrüfatı və sənaye xarakterli boş torpaq sahələri
  • İstehsalat sahələri və anbarlar
  • Seriyalı texnoloji avadanlıqlar
  • Xüsusi və ya qeyri-standart avadanlıqlar
  • Texnoloji xəttlər
  • Tikinti və yol texnikası, qaldırıcı nəqliyyat vasitələri
  • Kompüter texnikaları və rabitə vasitələri
  • Minik avtomobilləri
  • Dəmiryol nəqliyyatı
  • Su nəqliyyatı
  • Hava nəqliyyatı
  • Kiçik həcmli müəssisələr
  • Orta həcmli müəssisələr
  • Böyük həcmli müəssisələr
  • Digər (yanacaqdoldurma məntəqəsi, texniki xidmət obyektləri və s.)

SIĞORTA HADİSƏLƏRİ

  • Yanğın sığortası üzrə
  • Nəqliyyat vasitələri üzrə
  • Yük sığortası üzrə
  • Oğurluq hadisələri üzrə
  • Kənd təsərrüfatı sahəsi üzrə
  • Digər növlər üzrə

Azintellektservis Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edildi

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na əsasən müvəkkil kredit təşkilatlarının ipoteka predmeti olan əmlaklarının qiymətləndirilməsinin yalnız müvəkil qiymətləndiricilər tərəfindən həyata keçirilməsini təmin etməlidilər. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verən, qiymətləndirmə sahəsində hüquqi şəxs olaraq fəaliyyət göstərən yalnız 7 şirkət “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkil qiymətləndiricilər siyahısına daxil edilmişdir ki, onlardan da biri “Azintellektservis” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Azintellektservis” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 dekabr 2016-cı il tarixindən təkrar olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil qiymətləndirmə şirkətlərinin siyahısına daxil edilmişdir.

Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi

Əmlakın qiymətləndirilməsi qiymətləndirmə fəaliyyətində ən populyar istiqamətdir, bu qiymətləndirmə növü korporativ və dövlət idarəetməsinin bütün sahələrındə, habelə şəxsi həyatda tətbiq olunur. 

 Qiymətləndirmənin əsas məqsədləri aşağıdakılardır:

  • alqı-satqı əqdinin həyata keçirilməsi;
  • əmlakın müəssisənin balansına qoyulması;
  • müəssisədən vergi tutulmasının optimallaşdırıılması, əsas fondların yenidən qiymətləndirilməsi;
  • kredit alınarkən əmlakın girov qoyulması;
  • daşınmaz əmlakın kadastr qiymətləndirməsinin mübahisələndirilməsi;
  • investisiya şərtləri ilə əqdin həyata keçirilməsi;
  • əmlak sahibinin idarəetmə və investisiya qərarlarını qəbul etməsi;
  • energetika sahəsində investisiya kapitalının bazasının müəyyənləşdirilməsi;
  • əmlaka sahib müəssisənin birləşməsi, yaxud “udulması”;
  • əmlakın sığortası;
  • əmlaka görə icarə haqqının müəyyən edilməsi;
  • əmlak mübahisələrinin həlli;
  • vərəsəlik məsələlərinin tənzimlənməsi;
  • boşanma proseslərində əmlak bölgüsü məsələlərinin tənzimlənməsi;
  • əmlakın mülkiyyətçisinin, yaxud icarədarının hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin məbləğinin müəyyənləşdirilməsi;
  • əmlakın müsadirə olunması.

Bizim bu sahədə xidmətlərin tam spektrinin təqdim edilməsi sahəsində ciddi təcrübəmiz mövcuddur. Şirkətimizin yaranmasından bu günə qədər 15 mindən artıq bu növ iş yerinə yetirilmişdir. Obyektlərin coğrafiyası Azərbaycanın bütün ərazisini, yaxın və uzaq xarici ölkələri əhatə edir.  

Siz bizim Şirkətimizdə daşınar və daşınmaz əmlakın bütün növlərinin qiymətləndirilməsini sifariş verə bilərsiniz, o cümlədən:  

  • torpaq sahələrindən, binalardan, tikililərdən və avadanlıqlardan ibarət əmlak kompleksləri;
  • ərazilərin kompleks mənimsənilməsi üçün torpaq sahələri;
  • hər hansı kommersiya təyinatlı, o cümlədən investisiya layihələri, daxili binalar üçün binalar, torpaq sahələri ;
  • ixtisaslaşdırılmış daşınmaz əmlak;
  • avadanlıq və avtənəqliyyat vasitələri;
  • mənzillər və yaşayış evləri.

Bankda girov qoyulması məqsədilə qiymətləndirmə

Girov məqsədilə qiymətləndirmə, qiymətləndirmə sahəsinin ayrıca bölməsi olub, müxtəlif bank strukturlarının qiymətləndirmə haqqında hesabatlara irəli sürdükləri spesifik tələb, tövsiyyə və metodologiyaların özünəməxsus məcmusuna malikdir.  Bizim vəzifəmiz Sifarişçi ilə operativ, həmahəng iş, qiymətləndirilən obyektlərin xüsusiyyətlərinin aşkar edilməsi, girov kütləsinin formalaşdırılmasına dair tövsiyyələrin verilməsi, nəticələrin razılaşdırılması və bank əməkdaşlarından müsbət rəy alınmasıdır.     

Ən böyük banklarla iş sahəsində toplanmış təcrübə Sifarişçi üçün məqbul müddətdə bankların bütün tələblərinə riayət olunmaqla keyfiyyətli hesabatların yerinə yetirilməsinə təkan verir.

Bizim fəaliyyət sahəmiz daşınmaz əmlakın müxtəlif seqmentlərinin qiymətləndirilməsidir:

  • yaşayış təyinatlı daşınmaz əmlak (mənzillər, şəhərkənarı daşınmaz əmlak);
  • kiçik biznes obyektləri (daxili binalar, kiçik sahəli torpaq sahələri);
  • kommersiya təyinatlı daşınmaz əmlak (TƏK, biznes mərkəzləri, istehsal müəssisələri, mehmanxana kompleksləri və s.);
  • əmlak kompleksləri (aqrar-sənaye və ağac emalı kompleksləri, əczaçılıq müəssisələri, liman obyektləri, gömrük terminalları və s.);
  • ixtisaslaşdırılmış obyektlər (qazanxanalar, körpülər, göllər və s.);
  • bankların problemli aktivləri, girov qoyulmuş əmlaka tələb hüquqları.

Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi

Qiymətləndirmə fəaliyyətində ən çox tələb olunan qiymətləndirmə istiqaməti əmlak bazarının böyük həcmini təşkil edən yaşayış təyinatlı daşınmaz əmlaklardır. Yaşayış təyinatlı əmlak dedikdə, çoxmənzilli binlarda mənzillər, fərdi yaşayış evləri, iri həcmli mülklər (villalar), bağ evləri nəzərdə tutulur. Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi müxtəlif səbəblər, xüsusilə aşağıdakı hallar üçün tələb edilir.  

  • Alqı-satqı (xüsiilə də dövlət ipoteka kreditləşməsi üzrə) zamanı
  • Əmlakın girov predmeti olaraq qiymətləndirilməsi
  • Əmlakın bölünməsi
  • Mənzilin nizamnamə kapitalına daxil edilməsi
  • Əmlakın vergiyə cəlbtemə məqsədi ilə qiymətləndirilməsi
  • Mənzilin sığortalanması
  • Mənzilin miras kimi dəyərinin qiymətləndirilməsi.
  • Əmlakın məhkəmə mübahisələri zamanı qiymətləndirilməsi.

 Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi zamanı real dəyərin dəqiq müəyyən edilməsi üçün bir çox amillər nəzərə alınır. Bu amillər həmçinin öz növbəsində əmlakın növünə uyğun olaraq əsas götürülür. Ümumilikdə yaşayış təyinatlı daşınmaz əmlakın dəyərinə təsir edən əsas amillər aşağıdakılardır.  

Qiymətləndirici aşağıdakı amilləri nəzərə alıb:

  • Obyektin tipi;
  • Obyektin istismara verildiyi il;
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional);
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti;
  • Yerləşdiyi mərtəbə (yaxud mərtəbəliliyi);
  • Ümumi sahə;
  • Eyvanların sayı və sahəsi;
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi;
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat);
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi);
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi,
  • Gediş-gəliş yolunun vəziyyəti;
  • Obyektin yaşayış məntəsində yerləşmə mövqeyi;
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.

Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi

Qiymətləndirmə fəaliyyətinin digər əsas istiqamətlərindən biri qeyri-yaşayış təyinatlı daşınmaz əmlakdır. Bu tip əmlaklar müxtəlif təyinatlı, fərqli funksiyalı coxsaylı növlərə ayrılır. Adi qarajdan tutmuş böyük biznes mərkəzlərə qədər müxtəlif təyinatlı daşınmaz əmlaklar qeyri-yaşayış təyinatlı daşınmaz əmlaklara aiddir. Bu mənada qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsində müxtəlif amillər nəzərə alınır ki, bunlar da fərqli yanaşmalar tələb edir. 

Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsində daha çox aşağıdakı əmlak növlərini rast gəlinir:

  • Ofislər
  • Ticarət obyektləri
  • Xidmət sahəsi üzrə obyektlər
  • İaşə obyektləri
  • Anbarlar
  • Qarajlar
  • İstixanalar
  • İstehsal binaları və s.

Qeyri-yaşayış təyinatlı obyektlərin qiymətləndirilməsi zamanı qiymətləndirici fərdi qaydada araşdırmaların aparılması ilə yanaşı, müvafiq analoqların qiymətləri barədə məlumatların əks olunduğu müxtəlif mənbələrin, o cümlədən rieltor firmalarının və bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin məlumatlarını nəzərə almaqla aşağıdakı məqamlara diqqət yetirir:

  • Obyektin tipi;
  • Obyektin istismara verildiyi il;
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional);
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti;
  • Yerləşdiyi mərtəbə (yaxud mərtəbəliliyi);
  • Ümumi sahə;
  • Eyvanların sayı və sahəsi;
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi;
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat);
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi);
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi,
  • Gediş-gəliş yolunun vəziyyəti;
  • Obyektin yaşayış məntəsində yerləşmə mövqeyi;
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.

Torpaq sahələrinin qiymətləndirilməsi

Vaxtaşırı qiymətləndirilməsi tələb olunan daşınmaz əmlak növlərindən biri də torpaq sahələridir. Tikililərdən fərqli olaraq ilk baxışda yalnız böş sahə kimi daha konkret olan əmlak kimi görünsə də, əslində torpaq sahələri də müxtəlif təyinatlı olduğundan çox fərqli dəyərlərdə ola bilir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə sahibkarlıq təyinatlı torpaq sahələri arasında kifayət qədər dəyər fərqi olur. Ümumiyyətlə isə torpaq sahələri aşağıdakı təyinatlı növlərə bölünür:

  • Mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi
  • İri tikintilər üçün sahibkarlıq təyinatlı torpaq sahəsi
  • İcarə müqaviləsi üzrə istifadə edilən torpaq sahəsi
  • Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
  • Dövlət istifadəsində olan torpaq sahələri 

Torpaq sahələri qiymətləndirilərkən ilkin olaraq onun təyinatı nəzərə alınmaqla bir sıra digər xüsusiyyətlər də əsas götürülür. Digər əmlak növlərindəki kimi ilk növbədə yerləşdiyi yer nəzərə alınmaqla, torpaq sahəsinin quruluşu, infrastruktur təminat, təklifin məhdudluğu, relyefi və digər mühüm elementlər əmlakın dəyərinə təsir edə bilər. 

Torpaq sahəsinin qiymətləndirilməsi zamanı digər xüsusi bir məqam üzərində tikinti sahəsinin olması ilə bağlıdır. Yəni qeyri-məşğul (boş) torpaq sahəsi ilə üzərində yaxşılaşdırma işlər (relyefinin hamarlanması və tikinti işləri) aparılmış torpaq sahələrinin qiymətləndirilməsi fərqli yanaşmalar tələb edir.             

Qiymətləndirmə zamanı qiymətləndirici aşağıdakı faktorları nəzərə alır:

  • Yerləşdiyi rayon (ərazi)
  • Torpağın təyinatı
  • Ətrafın ekoloji vəziyyəti
  • Ümumi sahəsi
  • Sahənin relyefi (düzlüyü)
  • Gediş-gəliş yolunun vəziyyəti
  • Ərazinin perspektivliyi
  • Kommunikasiya təminatı və s.

Kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi

Qiymətləndirmə fəaliyyətinin ən məsuliyyətli işlərindən biri kommersiya (biznes) təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsidir. Belə ki, kommersiya təyinatlı obyektlər adətən iri həcmli əmlaklar olmaqla yanaşı, gəlirgətirmə imkanları onun dəyərinin formalaşmasında əsas rol oynayır. Bu mənada kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi bir çox nüansları nəzərə almağı zəruri edir ki, bu da qiymətləndiricidən xüsusi bilik bə təcrübə tələb edir.   

Kommersiya təyinatlı daşınmaz əmlaklara aşağıdakı əmlak növləri aid oluna bilər:

  • İri müəssisələr
  • İstehsalat sahələri
  • Əyləncə və istirahət kompleksləri
  • Biznes mərkəzlər
  • Restoranlar
  • Supermarketlər
  • Şadlıq sarayları
  • Otellər
  • Yanacaqdoldurma məntəqələri
  • Digər kommersiya obyektləri

Kommersiya təyinatlı daşınmaz əmlaklarım qiymətləndirilməsi zamanı aşağıdakı məqamlar əsas götürülür:

  • Obyektin tipi
  • Obyektin istismara verildiyi il
  • Aşınma səviyyəsi (fiziki, mənəvi, funksional)
  • Yerləşdiyi rayon (ərazi) və onun ekoloji vəziyyəti
  • Mərtəbəliliyi 
  • Ümumi sahəsi
  • Obyektdəki dizayn işlərinin vəziyyəti və səviyyəsi
  • Texniki sistemlərin vəziyyəti (mühəndis kommunikasiyaları ilə təminat)
  • Ərazinin nəqliyyat infrastrukturu ilə təminatı səviyyəsi və mövqeyi (əraziyə işləyən sərnişin nəqliyyatı vasitələrinin sayı, dayanacaqlardan, yoldan, metrodan hansı məsafədə yerləşməsi);
  • Ticarət, xidmət və digər sosial obyektlərdən istifadəyə görə əlverişli mövqeyi
  • Gediş-gəliş yolunun vəziyyəti
  • Obyektin yaşayış məntəsində yerləşmə mövqeyi
  • Obyektin eyvan və pəncərələrindən ətrafa görünən mənzərə və s.

Nəqliyyat vasitələrinin qiymətləndirilməsi

Qiymətləndirmə təcrübəsində məşhur istiqamətlərdən biri də nəqliyyat vasitələrinin qiymətləndirilməsidir. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi  bir sıra mümkün istifadə istiqamətləri, o cümlədən maliyyə hesabatlılığı, alış və satış, vergiyə cəlbetmə üçün tələb oluna bilər. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi dedikdə, bura yalnız ən çox rast gəlinən ənənəvi minik və yük avtomobilləri deyil, hava, cu, dəmir yolu və digər nəqliyyat növləri daxildir.  

Nəqliyyat vasitəsi dedikdə aşağıdakı növləri qeyd etmək olar:

Avtonəqliyyat:

  • Minik avtomobilləri
  • Yük avtomobilləri
  • Yük qoşquları
  • Avtobuslar
  • Motosikillər və mopedlər
  • Xüsusi texnikalar

Su nəqliyyatı

  • İri həcmli gəmilər
  • Katerlər
  • Bərələr
  • Kreyserlər
  • Yaxtalar
  • Qayıqlar və s.

Hava nəqliyyatı

  • Sərnişin təyyarələri
  • Yük təyyarələri
  • Helikopterlər

Dəmir yol nəqliyyatı

  • Sərnişin qatarları
  • Yük qatarları
  • Tramvay və troleybuslar
  • Lokomotivlər və s.

Qeyd edilən ənənəvi nəqliyyat növlərindən başqa qeyri-ənənəvi nəqliyat vasitələri də var. Hava şarı, asma kanatlar, funikulyor, həttə boru kəmərləri bu cür nəqliyyat növlərinə aid edilir.

Nəqliyyat vasitələrinin qiymətləndirilməsi zamanı növlərindən asılı olaraq aşağıdakı amillər nəzərə alınır:

  • Nəqliyyatın növü
  • İstehsal ili
  • Motorun gücü
  • Texniki imkanları
  • Yürüşü
  • Texniki vəziyyəti
  • Rəngi və s.

Maşın və avadanlıqların qiymətləndirilməsi

Qiymətləndirmə seqmentlərindən biri də maşın və avadanlıqların dəyərinin müəyyən edilməsidir. Daşınar əmlak növünə aid olan, çoxsaylı seriya məhsullardan ibarət maşın və avadanlıqların qiymətləndirilməsi əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və ya ləğv edilməsi, müəssisənin biznes planlaşdırmasının aparılması zamanı tələb olunur. Bu cür əmlaklar texnoloji seriya mallar, texniki vasitələr, mebel məhsulları və s.-dən ibarət ola bilir.

Konkret olaraq isə maşın və avadanlıqlara aşağıdakı əmlak növlərini aid etmək olar:

  • İstehsal sənayesinə aid texnoloji seriya mallar (dəzgahlar, maşınlar və s.)
  • Tikinti və təmir avadanlıqları
  • Ticarət avadanlıqları
  • Rabitə avadanlıqları
  • Komputer texnikası
  • Məişət avadanlıqları
  • Server avadanlıqları
  • Mebel məhsulları
  • İdman avadanlıqları və s.